hadise
12.04.2018, 08:22
Bakıda minik avtomobili yanıb
![]()
Bakıda yanğın hadisəsi qeydə alınıb.
dogruxeber.tv-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


