hadise
2.12.2018, 14:03
Ucarda iki maşın toqquşdu, biri yandı

Ucar rayonunun Çiyni kəndində "Renault" və "VAZ" markalı iki minik avtomobili toqquşub.
dogruxeber.tv FHN-ə istinadən xəbər verir ki, nəticədə "VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


