Nazirlikdən ildırım və güclü küləklə bağlı ÇAĞIRIŞ

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkənin bəzi bölgələrində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
DogruXeber.tv xəbər verir ki, FHN-in yaydığı məlumata görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, yaxın günlərdə ayrı-ayrı ərazilərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi gözlənilir.

Nazirlik bununla əlaqədar vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Bildirilib ki, sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmaq, belə təhlükə yaranacağı təqdirdə isə dərhal yaxınlıqdakı yüksək əraziyə çıxmaq lazımdır.

İldırım zamanı elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada elektrik xətləri, antenalar və hündür ağacların yaxınlığında dayanmamaq tövsiyə edilir. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırmaq və ildırım təhlükəsi keçənədək gözləmək məsləhət görülür.

FHN güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəkləri və naqillərindən, eləcə də iri ağacların altından uzaq durmağı tövsiyə edib.

Nazirlik həmçinin küləkli havada yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, güclü külək yanğınların söndürülməsini çətinləşdirdiyi üçün ehtiyatsız davranış ciddi fəsadlara səbəb ola bilər.

Bununla yanaşı, vətəndaşlara güclü küləkli hava şəraitində dənizə girməmək, kiçikhəcmli gəmi istifadəçilərinə isə dənizə çıxmamaq barədə xəbərdarlıq edilib.

FHN xatırladıb ki, təhlükəli vəziyyətlə üzləşən şəxslər dərhal 112 qaynar xəttinə zəng etməlidirlər.

Nazirlik müraciətini “Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir!” çağırışı ilə yekunlaşdırıb

Son xəbərlər

Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?

İsrail əsgəri İran casusu çıxdı

DİM bu şəxslərə müraciət etdi

Netanyahu ABŞ-a gedir - Trampla görüşəcək?

Nazirlikdən ildırım və güclü küləklə bağlı ÇAĞIRIŞ

Gələn ildən müəllimlər illik plan və icmal hazırlamayacaq

Metro ilə bağlı ŞAD XƏBƏR - Bu tarixdən...

Tovuzda zorakılığa məruz qalan qadının əri saxlanıldı

Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu

Anomal istilər: Fransada suda boğulub ölənlərin sayı artır

Böyük Britaniya sosial şəbəkələrdə yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək

Ukrayna Rusiya helikopterini Rusiyada vurdu

Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir

Prezidentin həmin xəbərdarlığı - Önəmli DETAL

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq-PROQNOZ

Bu ölkənin mediasında rus dili qadağan olunacaq

AMEA Bakıdan köçürülür?

Xəzərlə bağlı həyəcan təbili: Hər il...

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir:“Eyni xəstəyə fərqli rəylər verilir”

Azərbaycanda bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

Baş Prokurorluq məlumat yaydı

DÇ: İngiltərə və Argentina final uğrunda mübarizə aparacaq

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanlı tanınmış model xərçəngdən vəfat etdi

ABŞ İranda kazarmanı vurdu: iki hərbçi öldü

Qarabağ Universiteti və İTÜ-dən ikili diplom proqramı

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır

“Cənub” Yük Terminalında yeni “cərimə” metodu: Sahibkarlar çıxılmaz vəziyyətdə

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb- VİDEO

Bütün xəbərlər