gundem / dunya
15.07.2026
İsrail əsgəri İran casusu çıxdı
İsraildə məcburi hərbi xidmətdə olan əsgər İran adından casusluq fəaliyyətində təqsirli bilinərək 5 il həbs cəzasına məhkum edilib.
DogruXeber.tv xəbər verir ki, bu barədə İsrail ordusu (ÇAXAL) məlumat yayıb.
Məlumata görə, əsgər xarici agentlə əlaqə saxlayaraq düşmənə fayda verə biləcək məlumatlar ötürüb. Hərbi prokurorluq onun üçün 7 il həbs cəzası istəsə də, məhkəmə bəzi yüngülləşdirici halları nəzərə alaraq, 5 il həbs cəzası verib.
Qeyd edək ki, əsgər 2025-ci ildə Teleqram vasitəsilə İranla əlaqəli şəxslərə müxtəlif video və görüntülər göndərərək bunun müqabilində pul alıb.



