Azərbaycanda bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

Azərbaycanda bu ilin sentyabrından məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək.

DogruXeber.tv xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov Bakıda keçirilən Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada deyib.

O bildirib ki, hazırda rəqəmsal layihələrin 500 min əhatəni daha da genişləndirilməsi üzərində işlər görülür: "Amma bunun üçün həm infrastruktur, həm də hazırlıqlı müəllim olmalıdır ki, biz bunları bütün ölkəyə tətbiq edək. Buna baxmayaraq, sentyabrdan, yəni yeni tədris ilindən etibarən beşinci sinifdən başlayaraq süni intellekt mövzularını da daxil etmişik. Eyni zamanda kibertəhlükəsizliklə bağlı beşinci sinifdən başlayaraq onuncu sinifə qədər hər sinifdə müəyyən mövzular tədris olunmağa başlayacaq. Bu istiqamətdə müəllimlərin təlimləri hazırda həyata keçirilir. 300 mindən çox şagird STEM üzrə təhsil alır. Bu istiqamətdə İT və mühəndislik bacarıqların tətbiqini dəstəkləyən bir təlim proqramıdır".

V.Xanlarov qeyd edib ki, ali təhsil müəssisələrində İT ixtisaslarına qəbul sayında kəskin artım var: "2015-2025-ci illəri müqayisə etsək, biz İT ixtisasların qəbulunda beş dəfədən çox artım müşahidə edirik. Bu da bizi sevindirir və ali təhsil müəssisələrində bu qəbulun artımına dəstəkləyəcək müəllim kontingentinin artırılmasına töhfəsini verir.

Türkiyə, İtaliya və Fransa ilə birgə universitet və ikili diplom proqramları başlanılıb. Bu yaxınlarda çox əlamətdar bir layihə də başlanıb".

Son xəbərlər

Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?

İsrail əsgəri İran casusu çıxdı

DİM bu şəxslərə müraciət etdi

Netanyahu ABŞ-a gedir - Trampla görüşəcək?

Nazirlikdən ildırım və güclü küləklə bağlı ÇAĞIRIŞ

Gələn ildən müəllimlər illik plan və icmal hazırlamayacaq

Metro ilə bağlı ŞAD XƏBƏR - Bu tarixdən...

Tovuzda zorakılığa məruz qalan qadının əri saxlanıldı

Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu

Anomal istilər: Fransada suda boğulub ölənlərin sayı artır

Böyük Britaniya sosial şəbəkələrdə yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək

Ukrayna Rusiya helikopterini Rusiyada vurdu

Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir

Prezidentin həmin xəbərdarlığı - Önəmli DETAL

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq-PROQNOZ

Bu ölkənin mediasında rus dili qadağan olunacaq

AMEA Bakıdan köçürülür?

Xəzərlə bağlı həyəcan təbili: Hər il...

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir:“Eyni xəstəyə fərqli rəylər verilir”

Azərbaycanda bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

Baş Prokurorluq məlumat yaydı

DÇ: İngiltərə və Argentina final uğrunda mübarizə aparacaq

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanlı tanınmış model xərçəngdən vəfat etdi

ABŞ İranda kazarmanı vurdu: iki hərbçi öldü

Qarabağ Universiteti və İTÜ-dən ikili diplom proqramı

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır

“Cənub” Yük Terminalında yeni “cərimə” metodu: Sahibkarlar çıxılmaz vəziyyətdə

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb- VİDEO

Bütün xəbərlər