Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?

Yəqin ki, dünya botanika elmi Sabunçu rayonunda baş verən növbəti "təbiət möcüzəsindən" hələ də xəbərsizdir. Adil Vəliyevin rəhbərlik etdiyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindən redaksiyamıza daxil olan mənzərə, rayon rəhbərliyinin "yaşıllaşdırma" siyasətinin növbəti şedevridir.

Yavər Əliyev küçəsində qəfildən, elə-belə, heç bir səbəb olmadan (?) daş hasarın arxasında qalan onlarla şam ağacı eyni anda "infarkt" keçirib və quruyub. Təbiətin bu qəribə işinə baxın ki, hasarın xaricindəki ağaclar hələ birtəhər nəfəs alır, amma hasarın daxilinə — yəni kimlərinsə gələcək obyekt layihəsinin ərazisinə — düşən ağaclar kütləvi şəkildə kül rənginə boyanıb. Biz əlbəttə ki, kimisə ağacları qəsdən yandırmaqda və ya məhv etməkdə birbaşa ittiham edə bilmərik. Amma Bakıdakı tikinti mafiyasının illərdir sınaqdan keçirdiyi və hamıya bəlli olan "ənənəvi" qurutma metodlarını ehtimal etmək redaksiyamızın və sakinlərin ən təbii haqqıdır. Ola bilsin ki, ağacların kökünə kimyəvi "vitamin" tökülməsi və ya suyunun kəsilib, dibinin betonlanması nəticəsində onlar eyni anda bu hala düşüb. Sonra isə "baxın, bu ağaclar onsuz da quruyub, sakinlərin təhlükəsizliyi üçün kəsirik" deyib yerində növbəti şadlıq sarayı, market və ya hündürmərtəbəli bina ucaltmaq ssenarisi artıq Sabunçuda adiləşib.

Hasarın tən ortasından çəkilməsi, ərazidə aktiv tikinti qalıqlarının, taxta qəliblərin olması və bütün bunların birbaşa strateji qaz borularının mühafizə zolağında baş verməsi isə aidiyyəti qurumların bu mənzərəyə necə göz yumduğunu göstərir. Maraqlıdır, Yavər Əliyev küçəsində bu boyda daş hasar ucalanda, tonlarla tikinti tullantısı əraziyə töküləndə Sabunçu Rayon İcra Hakimiyyətinin müvafiq şöbələri, bələdiyyə hara baxırdı? Yoxsa bu hasarlar gecə feyaların sehirli çubuğu ilə bir saniyədə tikilib? Ortada açıq-aşkar ekoloji cinayət və özbaşınalıq var, amma görünən odur ki, Sabunçu rayonundakı məmurlar üçün yaşıl zonalar sadəcə qazanc mənbəyindən ibarətdir. Mediatvaz.com olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətini və Sabunçu Rayon İcra Hakimiyyətini bu "möcüzəvi qəsdə" aydınlıq gətirməyə çağırırıq. O daş hasarın sənədi varmı? O ağacların eyni anda qurumasının "elmi" izahı nədir? Mövzu diqqətimizdədir və tərəfimizdən davam etdiriləcək. Sözügedən məsələ ilə bağlı aidiyyəti qurumların da cavab haqqını tanıyırıq.(Xalqxeber.az )

Son xəbərlər

Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?

İsrail əsgəri İran casusu çıxdı

DİM bu şəxslərə müraciət etdi

Netanyahu ABŞ-a gedir - Trampla görüşəcək?

Nazirlikdən ildırım və güclü küləklə bağlı ÇAĞIRIŞ

Gələn ildən müəllimlər illik plan və icmal hazırlamayacaq

Metro ilə bağlı ŞAD XƏBƏR - Bu tarixdən...

Tovuzda zorakılığa məruz qalan qadının əri saxlanıldı

Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu

Anomal istilər: Fransada suda boğulub ölənlərin sayı artır

Böyük Britaniya sosial şəbəkələrdə yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək

Ukrayna Rusiya helikopterini Rusiyada vurdu

Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir

Prezidentin həmin xəbərdarlığı - Önəmli DETAL

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq-PROQNOZ

Bu ölkənin mediasında rus dili qadağan olunacaq

AMEA Bakıdan köçürülür?

Xəzərlə bağlı həyəcan təbili: Hər il...

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir:“Eyni xəstəyə fərqli rəylər verilir”

Azərbaycanda bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

Baş Prokurorluq məlumat yaydı

DÇ: İngiltərə və Argentina final uğrunda mübarizə aparacaq

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanlı tanınmış model xərçəngdən vəfat etdi

ABŞ İranda kazarmanı vurdu: iki hərbçi öldü

Qarabağ Universiteti və İTÜ-dən ikili diplom proqramı

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır

“Cənub” Yük Terminalında yeni “cərimə” metodu: Sahibkarlar çıxılmaz vəziyyətdə

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb- VİDEO

Bütün xəbərlər