hadise
29.03.2019
Hasarın üzərinə çıxıb, intihar etmək istədi - Köməyə FHN gəldi

Yevlax şəhərində 1 nəfər hasarın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-dən verilən məlumata görə, Aran Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.


