214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

Keçmiş məhkəmə hakimi Lətif Nəbiyevlə bağlı Musavat.com-un redaksiyasına şikayət daxil olub.

Şikayətçi Azad İbrahimovun sözlərinə görə, o, dələduzluq və korrupsiya əməllərinə yol verməkdə təqsirli bilinmiş keçmiş hakim Lətif Nəbiyev tərəfindən aldadılıb və bu səbəbdən milyonlarla manat ziyana düşüb.

A.İbrahimov Musavat.com-a bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarı ilə onun mülki iddiası qismən təmin olunub və Lətif Nəbiyevdən 214 min 258 manat məbləğində vəsaitin tutulması qərara alınıb.

Onun sözlərinə görə, qərarın icrası üçün icra sənədi aidiyyəti üzrə Bakı şəhəri, Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə göndərilsə də, üzərindən dörd ildən artıq vaxt keçməsinə baxmayaraq, məhkəmə qərarı hələ də icra edilməyib.

Şikayətçi iddia edir ki, borclu Lətif Nəbiyev icradan yayınmaq məqsədilə qeydiyyat ünvanını dəfələrlə dəyişib:

"Əvvəl Sabunçu rayonu üzrə qeydiyyatda olub, daha sonra Gədəbəy rayonunun Arabaçı kəndinə qeydiyyata düşərək icra tədbirlərinin nəticəsiz qalmasına şərait yaradıb. Bu müddətdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəhbərliyi və icra məmurları ilə dəfələrlə əlaqə saxlamağa çalışmışam. Nəhayət, çoxsaylı müraciətlərimdən sonra icra məmuru Ruslan müəllim 10 iyul 2026-cı il tarixində "WhatsApp" vasitəsilə göndərdiyi səs mesajında mənə bildirdi ki, Lətif Nəbiyev yenidən qeydiyyat ünvanını dəyişir".

Azad İbrahimov hesab edir ki, son beş ay ərzində borclu barəsində qanunvericiliyin tələb etdiyi tədbirlər görülsəydi, onun yenidən qeydiyyat ünvanını dəyişərək icradan yayınması mümkün olmazdı.

Şikayətçinin fikrincə, Lətif Nəbiyevin keçmiş hakim olması ona müəyyən üstünlüklər qazandırır:

"Əgər belə deyilsə, dörd ildən artıq müddətdə məhkəmə qərarının icra olunmamasını başqa cür izah etmək mümkün deyil. Mən sadəcə məhkəmənin çıxardığı qanuni qərarın icrasını tələb edirəm. İllərdir davam edən bu haqsızlıq mənə həm maddi, həm də mənəvi cəhətdən ağır zərbələr vurub. Tələbim məhkəmə qərarına uyğun olaraq dəymiş ziyanın ödənilməsi, yaxud qərarın icra edilməməsi halında qanunvericiliyə uyğun tədbirlərin görülməsidir. Bu səbəbdən aidiyyəti dövlət qurumlarına müraciət edir və mənə kömək göstərilməsini xahiş edirəm".

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən, Lətif Nəbiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin qərarla, həmçinin onun Azad İbrahimovun xeyrinə 214 min 258 manat ödəməsi müəyyənləşdirilib.

Musavat.com-un əldə etdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu Rayon İcra Şöbəsinin icraatında L.Nəbiyevin digər borc öhdəliyi üzrə də icra işi olub. Həmin iş çərçivəsində onun əlilliyə görə aldığı təqaüdə yönəlmə tətbiq edilsə də, sonradan tutmanın aparılmadığı, pensiya ödənişinin isə dayandırıldığı müəyyən edilib.

Bildirilib ki, Sabunçu Rayon İcra Şöbəsində icraata 5 iyul 2022-ci ildə başlanılıb. Araşdırmalar zamanı borcluya məxsus üzərinə tutma yönəldilə biləcək əmlak və ya gəlir aşkar edilməyib. Həmçinin müəyyən olunub ki, L.Nəbiyev əvvəl Penitensiar Xidmətin Müalicə Müəssisəsində, daha sonra isə 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkib.
Daha sonra Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 80-1-ci maddəsi tətbiq olunaraq L.Nəbiyev cəzanın qalan hissəsini çəkməkdən azad edilib.
Bununla yanaşı, Gədəbəy Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Qeyd: Yazıda yer alan ittiham və iddialar şikayətçi Azad İbrahimovun mövqeyini əks etdirir.(Mediatv.az)

Son xəbərlər

Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?

İsrail əsgəri İran casusu çıxdı

DİM bu şəxslərə müraciət etdi

Netanyahu ABŞ-a gedir - Trampla görüşəcək?

Nazirlikdən ildırım və güclü küləklə bağlı ÇAĞIRIŞ

Gələn ildən müəllimlər illik plan və icmal hazırlamayacaq

Metro ilə bağlı ŞAD XƏBƏR - Bu tarixdən...

Tovuzda zorakılığa məruz qalan qadının əri saxlanıldı

Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu

Anomal istilər: Fransada suda boğulub ölənlərin sayı artır

Böyük Britaniya sosial şəbəkələrdə yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək

Ukrayna Rusiya helikopterini Rusiyada vurdu

Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir

Prezidentin həmin xəbərdarlığı - Önəmli DETAL

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq-PROQNOZ

Bu ölkənin mediasında rus dili qadağan olunacaq

AMEA Bakıdan köçürülür?

Xəzərlə bağlı həyəcan təbili: Hər il...

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir:“Eyni xəstəyə fərqli rəylər verilir”

Azərbaycanda bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

Baş Prokurorluq məlumat yaydı

DÇ: İngiltərə və Argentina final uğrunda mübarizə aparacaq

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanlı tanınmış model xərçəngdən vəfat etdi

ABŞ İranda kazarmanı vurdu: iki hərbçi öldü

Qarabağ Universiteti və İTÜ-dən ikili diplom proqramı

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır

“Cənub” Yük Terminalında yeni “cərimə” metodu: Sahibkarlar çıxılmaz vəziyyətdə

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb- VİDEO

Bütün xəbərlər