Ali Məhkəmə və Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edildi

Milli Məclisin bu gün keçirilən iclasında Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Apellyasiya məhkəmələrinə yeni hakimlərin təyin edilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

"dogruxeber.tv" xəbər verir ki, layihəyə əsasən, İlqar Cəfərov, Sərvər Vəliyev, Raqib Qurbanov, Vüsalə Baxışova və Rəşad Həsənov Ali Məhkəmənin hakimləri təyin ediləcəklər.

Qeyd edək ki, İlqar Cəfərov 2020-2024-cü illərdə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi olub, Sərvər Vəliyev isə 2022-ci ildən Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Mülki və iqtisadi qanunvericilik sektorunun müdiridir. Raqib Qurbanov 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Vüsalə Baxışova 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi, Rəşad Həsənov 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimidir.

Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin sədri Zamiq Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin ediləcək. Zamiq Əliyev 2021-ci ildən Babək Rayon Məhkəməsinin sədridir.

Layihəyə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Faiq Qəniyev və Əli Məmmədov, Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyeva, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Ceyhun Məmmmədov, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nigar Nəbizadə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Təranə Məmmədova, Astara Rayon Məhkəməsinin hakimi Zamin İbrahimov Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcəklər.

Şəki Apellyasiya Məhkəməsinin hakimi Günay Cavadova həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədov, Tərtər Hərbi Məhkəməsinin hakimi Sevindik Əzizov, Şəki Kommersiya Məhkəməsinin hakimi Rüfət Məcidov vəzifələrinin dəyişdirilməsiylə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcəklər.

Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizova, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimləri Toğrul Axundov və Vahid Hacıyev Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin olunacaqlar. Azər İsmayılov vəzifəsinin dəyişdirilməsiylə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək.

Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Zülfüqar Sadiqov, Balakən Rayon Məhkəməsinin hakimi Zamin Tahirov Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaqlar.

Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzova vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq. Samir Mayılov da vəzifəsinin dəyişdirilməsiylə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Oxunub: 325

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər