İNAMIN İNAMSIZ ƏDALƏTİ - İnam Kərimovun məhkəmələri GÜL VURUR...

DogruXeber.tv: - Bir neçə ay əvvəl Hurriyyet.az saytında “MTN GENERALINDAN MƏHKƏMƏ QƏRARINA HÖRMƏTSİZLİK - Mövlan Şıxəliyev vətəndaşa ödəməli olduğu 127 000 dolları vermir” sərlövhəli yazı dərc etmişdik.

Vətəndaş Əliyev Ələddin Hüseyn oğlunun müraciəti əsasında hazırlanan yazıda, şikayətçi, keçmiş MTN generalı Mövlan Şıxəliyevin ona borclu olduğu 127 min dolları ödəmədiyini bildirirdi. Ə.Əliyevin sözlərinə görə, generalın ona borclu olduğu haqda əlində rəsmi məhkəmə qərarı olsa da, illərdir M.Şıxəliyevdən pulunu ala bilmir.

Ən maraqlısı isə odur ki, Ə.Əliyev məsələ ilə bağlı Ədliyyə naziri Fərid Əhmədovun qəbulunda olan zaman nazir şikayətinin təmin olunacağına söz versə də, Rəfayıl adlı icraçı məhkəmə qərarına qarşı hörmətsizlik nümayiş etdirir və vətəndaşa dəyən zərərin ödənilməsini təmin etmir.

Sual oluna bilər ki, bir neçə ay əvvəl “Hürriyyət”in redaksiyasına daxil olan şikayət məktubunu yenidən gündəmə gətirməkdə məqsədimiz nədir?! Əlbəttə, bu, heç də səbəbsiz deyil. Əslində, son aylarda eyni məzmunlu şikayətlərin sayı onlarladır. Sadəcə, qeyd etdiyimiz məsələdə hər kəsin yaxşı tanıdığı Mövlan Şıxəliyevin adı keçdiyi üçün bu faktı xatırlatmağı lazım bildik.

Haşiyə olaraq onu da dəyərli oxucuların diqqətinə çatdıraq ki, aradan təxminən 5 ay keçsə də, M.Şıxəliyev vətəndaş Əliyev Ələddin Hüseyn oğluna dəyən zərəri hələ də qarşılamayıb. Çünki aidiyyəti icra qurumu şikayətçinin 127 min dollarının ödənilməsində maraqlı deyil, əksinə, keçmiş MTN generalı aşkar şəkildə müdafiə olunur.

Yuxarıdada qeyd etdiyimiz kimi, bu faktı xatırlatmağımız heç də təsadüfi deyil. Söhbət ondan gedir ki, bugünlərdə “Hürriyyət” qəzetinin, eləcə də eyniadlı Hurriyyet.az saytının və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) artıq 15-ci ildir idarə etdiyi şəxsi avtomobilinə Bakı Şəhər Probasiya İdarəsi tərəfindən həbs qoyulub. Bu, Sabunçu Rayon Məhkəməsinin hakimi Samirə Məmmədlinin sədrliyi ilə keçirilən məhkəmə prosesində cavabdeh şəxs qismində çıxış edən V.Məmmədovun qanunsuz olaraq 2 min manat həcmində cərimələnməsi ilə bağlıdır. Hansı ki, baş redaktor həm məhkəmənin bu ədalətsiz qərarına etiraz etdiyi, həm də sözügedən vəsaiti ödəmək imkanı olmadığı üçün indi belə bir reallıqla qarşılaşıb.

Doğrudur, ortada məhkəmə hökmü olduğundan Bakı şəhər Probasiya İdarəsinin bu qərarı anlaşılandır. Amma necə olur ki, aylardır, hətta illərdir icra sistemi keçmiş MTN generalı Mövlan Şıxəliyevin vətəndaşa borclu olduğu 127 min dollar vəsaitin ödənilməsini təmin etmir, amma baş redaktorun avtomobilinin üzərinə qısa müddət ərzində həbs qoyulur?! Buradan belə aydın olmurmu ki, İcra və Probasiya şöbələri yalnız sifarişli qərarları icra edir, sadə insanlara, kasıb təbəqəyə dəyən zərərin ödənilməsi onların maraq dairəsində deyil?!

Görünür, elə bu səbəbdən də məhkəmə qərarının mürəkkəbi qurumamış, əsassız olaraq 2 min manat cərimə olunan Vüqar Məmmədovun avtomobilinə həbs qoyulub!//Hurriyyet.az

Oxunub: 236

Son xəbərlər

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini müzakirələr apardı

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Xalq artisti Dağıstan üçün 5 milyon ianə etdi

Azərbaycan nefti ucuzlaşıb

"Turan Tovuz" Sumqayıtda qalib gəldi

Trampı Dəccala bənzətdi

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir – Fotolar

EAPCA-nın Pərdəarxası: Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası

Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”

Hidayət Heydərov Avropa çempionatında finala YÜKSƏLDİ

Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru yeni vəzifəyə təyin olundu

Bu kəndə getmək mümkün deyil – Vəziyyət ağırlaşır

Gülüstan Əhmədova toyda dünyasın dəyişdi

Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər