Məhkəmələrin maliyyə təminatı Ədliyyə Nazirliyindən alınır - İDDİA

dogruxeber.tv: - Azərbaycanda məhkəmələrin maddi-texniki təminatı ilə bağlı bütün səlahiyyətlər Ədliyyə Nazirliyindən alınaraq Məhkəmə – Hüquq Şurasına veriləcək.

Mötəbər mənbədən Gununsesi.info-ya daxil olan məlumata görə, bu dəyişikliklər məhkəmə-hüquq sahəsində start verilən genişmiqyaslı islahatlarla bağlıdır.

Xatırladaq ki, hazırda məhkəmə instansiyalarının fəaliyyətinin təşkili ilə bağlı bütün xərclər Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Müstəqil hüquqşünaslar, habelə beynəlxalq təşkilatlar bu amili məhkəmə orqanlarının müstəqilliynə xələ gətirən hal kimi tənqid edirlər.

Mənbə bildirib ki, yaxın günlərdə “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna ciddi dəyişikliklər həyata keçirləcək. Bu qurumun tərkibi, səlahiyyətləri genişləndiriləcək, ən əsası müstəqil qurum kimi fəaliyyəti təmin olunacaq.

2019-cu il aprelin 3-də Prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Təəssüf ki, aradan 4 il ötsə də Fərmanın icrası təmin edilməyib, yalnız hakimlərin maddi təminatının yaxşılaşdırılması, elektron məhkəmə sisteminin yaradılması və s. tədbirlər görülüb.

Bir neçə gün əvvəl “Gununsesi.info Ədliyyə naziri Fikrət Məmmədovun Şuranın sədrliyindən gedəcəyini və Ali Məhkəmənin sədri İnam Kərimovun onu əvəz edəcəyi ilə bağlı xəbər yaymışdı. İnam Kərimov bu il aprelin 18-dən Ali Məhkəmənin sədri Məhkəmə-Hüquq Şurasının üzvü olub.

Xatırladaq ki, Məhkəmə-Hüquq Şurası 15 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Onun tərkibi əsasən hakimlərdən, habelə icra, qanunvericilik, prokurorluq orqanları və Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət olur. Ədliyyə naziri və Ali Məhkəmənin sədri vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri hesab edilirlər.

Son xəbərlər

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Almaniyada yoxsulluq zirvəyə çatdı

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

Özbəkistan və Finlandiya rəqəmsal nəqliyyat və ağıllı mobillik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

Sabah hava necə olacaq?

Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...

Azərbaycanla dəmir yolunun açılması ilə bağlı Gürcüstandan açıqlama

Xətai rayonunda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar konsert proqramı təşkil olunub+VİDEO

Tramp İsrail və Hizbullahın Livana hücumunu dayandırmaq barədə razılığa gəldiyini bildirib

Müqavimət göstərən sürücü saxlanıldı

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib

“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

Netanyahu ilə danışdıqdan sonra Tramp İsrail qoşunlarının Beyruta getməyəcəyini bildirib

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Bütün xəbərlər