TƏHSİL NAZİRLİYİNİN ALA-YARIMÇIQ “ƏDALƏTİ”… - Nə üçün yalnız iyulun 23-də baş tutan imtahanlar təkrar keçiriləcək?

dogruxeber.tv: - Bir neçə gün əvvəl “Hürriyyət” qəzetində müəllimlərin işə qəbulu imtahanında baş verən biabırçılıqlarla bağlı yazı dərc olunmuşdu. “TƏHSİLƏ AİDİYYƏTİ OLMAYAN SUALLARI İMTAHANA KİMLƏR SALIR? – Müəllimlərin işə qəbulunda biabırçı mənzərə…” sərlövhəli yazıda problemlərin aradan qaldırılması üçün Təhsil Nazirliyinə müraciət etmişdik. Ümid edirdik ki, müəllimlərin mövqeyi ifadə olunan və onların səsi yetkililərə çatdırılan yazımızdan sonra məsələylə bağlı ədalətli, narazılığın çözülməsini təmin edəcək qərar veriləcək. Amma çox şey dəyişmədi...

Öncə onu qeyd edək ki, hazırda sözügedən məsələ ilə bağlı müəllimlərin narazılığı davam edir. Doğrudur, təhsil naziri Emin Əmrullayev narazılıqlara operativ reaksiya verdi və tədbir görüləcəyini bildirdi. Amma görülən tədbir deyəsən yalnız filoloqlara aid olundu. Təhsil Nazirliyi həm də filoloqların bir hissəsinin yenidən imtahan verməsi ilə bağlı qərar qəbul etdi. Bu qərarda, riyaziyyatçılar başda olmaqla, digər fənnlərə aid olan imtahanların təkrar keçirilməsi nəzərə alınmadı. Eləcə də 23 iyul tarixindən əvvəl baş tutan imtahanların təkrar keçirilməsi yox, yalnız həmin günkü imtahanların təkrar keçirilməsinə qərar verildi.

Maraqlıdır, hörmətli nazir fənnlər arasında ayrı-seçkiliyi nəyə əsasən müəyyən və təsbit edir?

Əlbəttə, təhsil nazirinin bu qərarının əsasında nə dayandığı maraqlıdır. Milli kino salnaməmizin misilsiz nümunələrindən olan “O olmasın, bu olsun” filmindəki sualı fərqli formada ifadə edərək, təhsil sahəmzin rəhbəri Emin Əmrullayevdən soruşaq: “Sizi məhz 2021-ci il 23 iyul tarixli imtahanın təkrar keçirilməsinə qərar verməyə nə yönəltdi? Yoxsa, düşünürsünüz ki, ondan əvvəlki tarixlərdə təşkil olunmuş imtahanlar daha yüksək səviyyəli, daha qüsursuz, daha mükəmməl idi? Hər halda, elə olmadığını siz də yaxşı bilirsiniz. O halda müəllim “həmkarlarınız” arasında hansı səbəbdən ayrı-seçkiliyə yol verirsiniz?”
Ülviyyə ŞÜKÜROVA,
Hurriyyet.az

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər