Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub.

DogruXeber.tv "qaynarinfo.аz"-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobilin guya özünə məxsus olduğunu bildirərək nəqliyyat vasitəsini 15 600 manata satmaq barədə razılıq əldə edib.

İstintaqla müəyyən edilib ki, həmin avtomobil əslində icarəyə götürülüb. Aldadıldığını anlayan zərərçəkmiş sonradan avtomobili sahibinə qaytarıb.

Bununla yanaşı, təqsirləndirilən şəxs başqa bir dələduzluq əməli də törədib. O, internet üzərindən satışa çıxarılan "Hyundai Tucson" markalı avtomobili almaq istədiyini bildirərək sahibinin etibarını qazanıb. Pulunun bir hissəsinin çatışmadığını, qalan məbləği isə qayınanasından alacağını deyərək avtomobil sahibini nəqliyyat vasitəsini lombarda girov qoymağa razı salıb.

Zərərçəkmiş avtomobili lombarda qoyaraq 10 min manat əldə edib. Daha sonra təqsirləndirilən şəxs həmin pulu almaq üçün onunla birlikdə əvvəlcədən müəyyən edilmiş ünvana gedib. Pulu aldıqdan sonra binaya daxil olan şəxs ehtiyat çıxışından istifadə edərək hadisə yerindən qaçıb və vəsaiti mənimsəyib.

Beləliklə, o, iki ayrı epizod üzrə zərərçəkmişlərə ümumilikdə 12 min 650 manat maddi ziyan vurub.

Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib. Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında keçirdiyi müddət nəzərə alınaraq cəzadan çıxılıb və onun üzərində qəti olaraq 1 il 3 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər