dunya
8.09.2018, 08:54
Polis avtomobili yük maşını ilə toqquşdu - 5 ölü

Meksikada ağır yol qəzası baş verib.
dogruxeber.tv “RİA Novosti”yə istinadən məlumatına görə, içərisində 4 nəfər polis əməkdaşının olduğu avtomobil yük maşını ilə toqquşub.
Nəticədə polislərin hamısı, 1 nəfər isə sıravi vətəndaş dünyasını dəyişib. Yük maşınının sürücüsü hadisə yerindən qaçıb.


