dunya
2.09.2018, 11:38
Türkiyədə ağır yol qəzası - 6 ölü, 22 yaralı

Türkiyənin Qaziantep şəhərində ağır yol qəzası baş verib.
dogruxeber.tv-iz Türkiyə mediasına istinadən məlumatına görə, Oğuzeli-Kilis istiqamətində hərəkət edən içərisində kəndlilərin olduğu yük maşını avtobusla toqquşub.
Nəticədə 6 nəfər ölüb, 22 nəfər yaralanıb. Yaralılardan 6-nın vəziyyəti ağırdır.




