dunya
30.03.2018
Meksikada yol qəzası nəticəsində 5 nəfər diri-diri yanıb

Meksikada yol qəzası nəticəsində 5 nəfər diri-diri yanıb. dogruxeber.tv ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, magistral yolda yük maşını və iki minik avtomobili toqquşub. Zəncirvari qəza zamanı minik avtomobillərdən birində güclü zərbədən yanğın baş verib nəticədə salonda olan 5 şəxs diri-diri yanaraq ölüb.
Digər minik avtomobilində olan 3 şəxs müxtəlif xəsarətlər alıb. Yük maşınının sürücüsü hadisə yerindən qaçıb.
Polis faktı araşdırır.


