bolge
19.03.2018, 16:03
Azərbaycanda 53 yaşlı kişi diri-diri yandı

Ağdam rayonunda ev yanıb.
dogruxeber.tv Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.
Sahəsi 100 kv.m olan dörd otaqlı evdə baş vermiş yanğın zamanı 1965-ci il təvəllüdlü Akif Əvəz oğlu Əliyev yanaraq ölüb. Onun yataq xəstəsi olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.


