bolge
9.03.2018
Ağdaşda 3 otaqlı ev yanıb

Ağdaşda yanğın olub. dogruxeber.tv-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Aşağı Ləki kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli, 3 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları 74 m² sahədə yanıb. Evin qalan hissəsi və ona bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
@dogruxeber.tv


