"Rang Rover"i 1020 manata satan sabiq rəis elektron qolbaqda gəzəcək


Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin Kommersiya şöbəsinin sabiq rəisi, gömrük polkovniki Xosrov Vahabzadəyə hökm oxunub. 

"dogruxeber.tv"ın  məlumatına görə, Xosrov Vahabzadə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 200-1.2.2, 200-1.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilib. 

O, "Azərterminalkompleks” Birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun göstərişi ilə qanunsuz tenderlərin keçirilməsində ittiham edilib. Belə ki,  gömrük polkovniki Xosrov Vahabzadə Cavid Əliyev adlı şəxsə "Azərterminalkompleks” Birliyində müsadirə olunmuş 42 ədəd avtomobili tenderdən kənar - "Audi Q7”ni 500 manata, "Mercedes C-class”ı 650 manata, "Rang Rover”i 1020 manata, "Hyundai Elantra”nı 2000 min manata və digər markalı avtomobillər satıb.

Sözügedən avtomobillərin sənədləri olmayıb və istifadəyə yararsız kimi qeydiyyata alınıb. 

Bununla belə, sabiq rəis "Capitals Auction” MMC-nin direktoru Tuqay Rəhimlinin şirkətinə 1 qutusunun qiyməti 6 manat təşkil edən ümumi dəyəri 30.000 manat olan 5.000 qutu "Xyla-P” adlı "Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsinin bir ədədini 2 manata satışını həyata keçirib. 

Sabiq rəis gömrük general-mayoru Ehtiram Xəlilovun göstərişi ilə bu işi həyata keçirdiyini etiraf edib. 

Məhkəmənin qərarı ilə Xosrov Vahabzadə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə başlanlmış cinayət təqibinə o, zərərçəkmiş şəxslə barışdığından və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilib və təqsirləndirilən şəxs həmin maddələrlə cinayət məsuliyyətindən azad edilib. 

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinib və 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. //Qaynarinfo

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər