bolge
17.05.2018, 08:43
Gəncədə minik avtomobili yanıb

Gəncədə yanğın hadisəsi qeydə alınıb.
dogruxeber.tv-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


