hadise
17.05.2018, 08:25
Bakıda avtomobil yanıb

Bakıda yanğın hadisəsi qeydə alınıb.
dogruxeber.tv-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda "Opel" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


