Binəqədinin hakimi qanunları tapdalayır - NARAZILIQ!


dogruxeber.tv: - 18 min manatın taleyi həll olunmur

"Təsəvvür edə bilməzsiniz, hakim deyir, “nə edə bilərəm, qadın xeylağıdı, türməyə salım?!”

“2019-cu ildə bir nəfərə 18 min manat borc pul vermişəm. İki ildir, pulumu geri ala bilmirəm”. Məhkəmənin qərarının icra edilmədiyini deyən Anar Əmrahov başına gələnləri danışdı:

- 2019-cu ildə bir tanışımın xahişi ilə onun rəfiqəsinə 18 min manat borc pul verdim. Xanım dedi ki, 1-2 aya pulu qaytaracaq. Artıq 2 il keçir, hələ də pulu qaytarmayıb. Üstəlik, az qala məni borclu çıxarır. Pulu həmin şəxsə notarial qaydada vermişəm. Sənədli-sübutlu.

Sənəddə qeyd olunurdu ki, pulu alan şəxs 3 ay müddətində qaytarmalıdır. 3 aylıq müddət keçdikdən sonra sənəd qüvvəsini itirdi. Mən məhkəməyə iddia ərizəsi ilə müraciət etdim.

Pulu alan xanım Binəqədi rayonu, Dərnəgül qəsəbəsindəki yataqxanalardan birində yaşayır, amma Ağdam rayonunda qeydiyyatdadır. Buna görə də işə Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Ağdam Rayon Məhkəməsində baxıldı. Xanım da məhkəmə prosesində iştirak etdi.

Məhkəmə mənim – zərərçəkmişin xeyrinə qərar çıxardı. Lakin xanım məhkəmənin qərarından apelyasiya şikayəti verdi və bu dəfə işə Gəncə Apelyasiya Məhkəməsində baxıldı. Gəncə Apelyasiya Məhkəməsi də Ağdam Rayon Məhkəməsinin qərarını düzgün hesab etdi və pulun qaytarılmasına dair qərar verdi.

Amma xanım yenə qərarla razılaşmadı və Ali Məhkəməyə müraciət etdi. Ali Məhkəmə də məni haqlı saydı. Başqa cür ola da bilməzdi. Çünki ortada sənəd, sübut var. Qərarın icrası isə xanım hazırda Binəqədi rayonu ərazisində yaşadığı üçün Binəqədi Rayon Məhkəməsinə həvalə edildi. O vaxtdan da iş düyünə düşüb. Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayev başıma oyun açır. Aylardır, məni get-gələ salıb. “Gözlə, pulunu alıb, qaytaracam”, deyir, məni yola salır. Artıq 1 ildir. Məni süründürürlər. Təsəvvür edə bilməzsiniz, hakim deyir, “nə edə bilərəm, qadın xeylağıdı, türməyə salım?!”. Deyirəm, barəsində axtarış verin, çağırış göndərin, tələb edin. Məhkəmənin qərarı icra olunmalıdır. Məhkəmə qərarlarının ərazi üzrə icraçıları var. Onlara tapşırın, qərarın icrasını həyata keçirsinlər. Lakin heç bir tərpəniş yoxdur.

A.Əmrahov Binəqədi Rayon Məhkəməsinin yarıtmaz işindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Ədliyyə Nazirliyinə şikayət məktubu göndərəcəyini dedi. //sherg.az

Son xəbərlər

Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?

İsrail əsgəri İran casusu çıxdı

DİM bu şəxslərə müraciət etdi

Netanyahu ABŞ-a gedir - Trampla görüşəcək?

Nazirlikdən ildırım və güclü küləklə bağlı ÇAĞIRIŞ

Gələn ildən müəllimlər illik plan və icmal hazırlamayacaq

Metro ilə bağlı ŞAD XƏBƏR - Bu tarixdən...

Tovuzda zorakılığa məruz qalan qadının əri saxlanıldı

Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu

Anomal istilər: Fransada suda boğulub ölənlərin sayı artır

Böyük Britaniya sosial şəbəkələrdə yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək

Ukrayna Rusiya helikopterini Rusiyada vurdu

Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir

Prezidentin həmin xəbərdarlığı - Önəmli DETAL

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq-PROQNOZ

Bu ölkənin mediasında rus dili qadağan olunacaq

AMEA Bakıdan köçürülür?

Xəzərlə bağlı həyəcan təbili: Hər il...

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir:“Eyni xəstəyə fərqli rəylər verilir”

Azərbaycanda bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

Baş Prokurorluq məlumat yaydı

DÇ: İngiltərə və Argentina final uğrunda mübarizə aparacaq

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanlı tanınmış model xərçəngdən vəfat etdi

ABŞ İranda kazarmanı vurdu: iki hərbçi öldü

Qarabağ Universiteti və İTÜ-dən ikili diplom proqramı

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır

“Cənub” Yük Terminalında yeni “cərimə” metodu: Sahibkarlar çıxılmaz vəziyyətdə

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb- VİDEO

Bütün xəbərlər