Prezidentin həmin xəbərdarlığı - Önəmli DETAL

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi bəyanatlar, xüsusən də "sakit həyat olmayacaq" xəbərdarlığı Azərbaycanın qarşılaşdığı yeni geosiyasi reallıqların və regional təhlükəsizlik mühitinin dərin təhlilini tələb edir.

Dövlət başçısının bütün risklərin sərhədlərin kənarında formalaşdığını qeyd etməsi və ölkənin iki aktiv müharibə cəbhəsi arasında yerləşməsinə diqqət çəkməsi, Bakının öz təhlükəsizlik arxitekturasını daim ayıq-sayıqlıq üzərində qurmasının vacibliyini təsdiqləyir. Prezidentin bu mesajı sadəcə qonşu dövlətlərdəki müharibələrin uzunmüddətli xarakter alacağına deyil, həm də Azərbaycanın siyasi, diplomatik və iqtisadi müstəvidə çoxvektorlu təzyiqlərlə qarşılaşdığına, buna görə də cəmiyyətin və dövlət aparatının "rahat nəfəs almaq" kimi bir illüziyaya qapılmamalı olduğuna işarə edir.

Məsələ ilə bağlı DogruXeber.tv-yə danışan siyasi şərhçi Əli Əkbəroğlu qeyd edib ki, dövlət başçısının "sakit həyat olmayacaq" ifadəsi Azərbaycanın regiondakı strateji dəyişən kimi qəbul edilməsinin və buna cavab olaraq xarici güclərin ölkəni müxtəlif avantüralara cəlb etmək cəhdlərinin birbaşa nəticəsidir: "Prezident bu sözlərlə açıq şəkildə vurğulayır ki, Azərbaycanın müstəqil siyasət yürütməsi və regional proseslərdə diktə edən tərəfə çevrilməsi bir çox beynəlxalq dairələrin maraqları ilə toqquşur. İki müharibə edən ölkə arasında yerləşmək özü-özlüyündə böyük risk faktorudur, çünki bu münaqişələrin həm gedişi, həm də sonrakı nəticələri tam proqnozlaşdırıla bilməz. Prezidentin mesajı regiondakı müharibələrin tezliklə bitəcəyinə ümid bağlamağın sadəlövhlük olduğunu və Azərbaycanın növbəti illərdə də həm fiziki, həm də siyasi-diplomatik müstəvidə ciddi təzyiqlərə qarşı öz müdafiə sistemini daha da gücləndirməli olduğunu nümayiş etdirir".

Onun sözlərinə görə, Azərbaycana qarşı tətbiq edilən təzyiq cəhdləri 2023-cü ildən sonra daha kəskin xarakter alıb və bu prosesin yaxın müddətdə səngiyəcəyini gözləmək əsasızdır: "Dövlət başçısı 2003-cü ildən bəri müdafiə qabiliyyətinin artırılmasını əsas fəaliyyət istiqaməti kimi müəyyən edib və bu, birbaşa müstəqilliyimizin qarantıdır. 'Sakit həyat olmayacaq' demək, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra daha böyük qlobal oyunçuların maraq dairəsinə düşdüyünü və buna görə də daim mübarizə rejimində yaşamağın, sərhədləri və müdafiə sistemlərini hər an yeniləməyin zəruriliyini ifadə edir. Bu, həm də beynəlxalq müstəvidə Azərbaycanı müxtəlif siyasi manipulyasiyalarla sınağa çəkmək istəyən qüvvələrə qarşı verilmiş qətiyyətli cavabdır ki, Bakı artıq bu təzyiqlərə qarşı immunitet qazanıb və geri addım atmaq niyyətində deyil"./Tunar

Son xəbərlər

Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?

İsrail əsgəri İran casusu çıxdı

DİM bu şəxslərə müraciət etdi

Netanyahu ABŞ-a gedir - Trampla görüşəcək?

Nazirlikdən ildırım və güclü küləklə bağlı ÇAĞIRIŞ

Gələn ildən müəllimlər illik plan və icmal hazırlamayacaq

Metro ilə bağlı ŞAD XƏBƏR - Bu tarixdən...

Tovuzda zorakılığa məruz qalan qadının əri saxlanıldı

Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu

Anomal istilər: Fransada suda boğulub ölənlərin sayı artır

Böyük Britaniya sosial şəbəkələrdə yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək

Ukrayna Rusiya helikopterini Rusiyada vurdu

Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir

Prezidentin həmin xəbərdarlığı - Önəmli DETAL

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq-PROQNOZ

Bu ölkənin mediasında rus dili qadağan olunacaq

AMEA Bakıdan köçürülür?

Xəzərlə bağlı həyəcan təbili: Hər il...

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir:“Eyni xəstəyə fərqli rəylər verilir”

Azərbaycanda bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

Baş Prokurorluq məlumat yaydı

DÇ: İngiltərə və Argentina final uğrunda mübarizə aparacaq

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanlı tanınmış model xərçəngdən vəfat etdi

ABŞ İranda kazarmanı vurdu: iki hərbçi öldü

Qarabağ Universiteti və İTÜ-dən ikili diplom proqramı

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır

“Cənub” Yük Terminalında yeni “cərimə” metodu: Sahibkarlar çıxılmaz vəziyyətdə

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb- VİDEO

Bütün xəbərlər