“Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı


Qazaxıstanın qədim Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü türk dünyasının gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən mühüm siyasi platforma kimi diqqət çəkdi.

DogruXeber.tv: Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı isə həm təşkilatın perspektivləri, həm də Azərbaycanın regional liderliyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Cənab Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri Türk Dövlətləri Təşkilatının artıq qlobal proseslərdə söz sahibi olmağa çalışan geosiyasi güc mərkəzi kimi təqdim edilməsidir. Dövlət başçısının “Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir” fikri hazırkı beynəlxalq münasibətlər sistemində türk dövlətlərinin koordinasiyalı fəaliyyətə olan ehtiyacını ortaya qoyur.
Türküstan Zirvəsi həm də təşkilata üzv ölkələr arasında ikitərəfli münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi. Cənab Prezidentin də qeyd etdiyi kimi, son illər qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivliyi münasibətlərin müttəfiqlik mərhələsinə yüksəldiyini göstərir. Bu əməkdaşlıq təkcə siyasi deyil, enerji, nəqliyyat, logistika və rəqəmsal bağlantılar baxımından da türk coğrafiyasının inteqrasiyasını sürətləndirir.
Rəqəmsal transformasiya və süni intellekt məsələlərinə gəlincə, Azərbaycanın artıq yeni texnoloji mərhələyə keçidi prioritet elan etməsi zirvə görüşündə bir daha bəyan olundu.
Rəqəmsal İnkişaf Şurasının, Milli Süni İntellekt Mərkəzinin və Süni İntellekt Akademiyasının yaradılması ölkəmizin innovasiya iqtisadiyyatına keçid niyyətinin göstəricisidir. Bu yanaşma zəngin enerji ixracatçısı olan Azərbaycanın texnoloji və rəqəmsal mərkəzə çevrilmək hədəfini ortaya qoyur.
Zirvə görüşündə rəqəmsal suverenlik məsələsi xüsusi vurğulandı. Reallıq ondan ibarətdir ki, müasir dövrdə dövlətlərin təhlükəsizliyi artıq informasiya və texnologiya imkanları ilə də müəyyən olunur. Bu baxımdan Azərbaycanın genişzolaqlı internetin tam əhatəsinə nail olması və dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində addımları region üçün nümunə hesab oluna bilər.
Zirvə görüşündə nəqliyyat-kommunikasiya layihələri də xüsusi müzakirə olundu. Prezident İlham Əliyevin Orta Dəhliz və Zəngəzur dəhlizinin perspektivlərinə dair fikirləri türk dünyasının iqtisadi inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır. Xüsusilə qlobal geosiyasi gərginliklər fonunda alternativ nəqliyyat marşrutlarına artan tələbat Azərbaycanı Avropa ilə Asiya arasında mühüm logistika mərkəzinə çevirir. Orta Dəhlizin əsas seqmenti olan Zəngəzur dəhlizi isə Azərbaycanın regional kommunikasiya xəritəsində rolunu daha da gücləndirir.

Son xəbərlər

Kəlbəcər yolunda qəza - Xəsarət alanlar var

Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi

İranda mühərrik yağı istehsal edən zavodda yanğın olub

Adı "Fənərbağça" ilə hallanan futbolçu "Roma"nın hədəfində

Sumqayıtda evdə kişi meyiti aşkarlanıb

“Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı

Ürək üçün ən zərərli məhsullar açıqlandı

10 ildir oynadığı klubdan ayrılır

Yer kürəsində maqnit fırtınası qeydə alınıb

Bazar günü intensiv yağış yağacaq

Nərimanovun sabiq icra başçısı vəfat etdi

WUF13-də iştirak üçün 40 mindən şəxs qeydiyyatdan keçib

Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

Dünya bazarlarında neft bahalaşıb

Qadınların ölkədən çıxış məhdudiyyətini ləğv etdilər

Cəbrayıl və Xocalıya növbəti köç karvanları yola salınıb

Ölkə ərazisinə yağış yağır - Bəzi yerlərdə leysan xarakterlidir

Xərçəngə qarşı 5 şəxsə dərman tətbiq olundu

Ordumuzda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirildi

Kardiologiya İnstitutunda - Yeni təyinat

İctimai nəqliyyatda tələbələrə hansı güzəştlər edilə bilər?

Xətai rayonunda “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Bölgələrdə samovar çayının qiyməti 50 manata yüksəldi

Kadir İnanır reanimasiyaya yerləşdirildi

5 gün ardıcıl qeyri-iş günü olacaq

Bu gündən güclü geomaqnit qasırğası başlayır

İsmayıllı-Lahıc yolunda uçqun oldu - Hərəkət dayandı

Donald Tramp İranın təslim olacağına əmindir

"Qarabağ" "İmişli"ni, "Şamaxı" "Turan Tovuz"u qəbul edir

Bayram namazının vaxtı açıqlandı

Bütün xəbərlər