Cəbrayıl və Xocalıya növbəti köç karvanları yola salınıb


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir.

DogruXeber.tv: Qarabağ bürosunun məlumatına görə, növbəti mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə, eləcə də Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə köç karvanları yola salınıb.

Bu mərhələdə Şükürbəyli kəndinə 18 ailə olmaqla 77 nəfər köçürülüb. Xocalının Badara kəndinə 10 ailə — 33 nəfər, Təzəbinə kəndinə 10 ailə — 60 nəfər, Xanabad kəndinə 9 ailə — 33 nəfər, Ballıca kəndinə 4 ailə — 22 nəfər, Xanyurdu kəndinə 4 ailə — 18 nəfər, Daşbulaq kəndinə isə 4 ailə — 13 nəfər yerləşdirilib.

Qeyd olunub ki, köç edən ailələr bu günədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.

Doğma torpaqlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqların işğaldan azad olunması uğrunda döyüşən Azərbaycan Ordusunun əsgər və zabitlərinə minnətdarlıqlarını ifadə edib, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Son xəbərlər

Kəlbəcər yolunda qəza - Xəsarət alanlar var

Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi

İranda mühərrik yağı istehsal edən zavodda yanğın olub

Adı "Fənərbağça" ilə hallanan futbolçu "Roma"nın hədəfində

Sumqayıtda evdə kişi meyiti aşkarlanıb

“Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı

Ürək üçün ən zərərli məhsullar açıqlandı

10 ildir oynadığı klubdan ayrılır

Yer kürəsində maqnit fırtınası qeydə alınıb

Bazar günü intensiv yağış yağacaq

Nərimanovun sabiq icra başçısı vəfat etdi

WUF13-də iştirak üçün 40 mindən şəxs qeydiyyatdan keçib

Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

Dünya bazarlarında neft bahalaşıb

Qadınların ölkədən çıxış məhdudiyyətini ləğv etdilər

Cəbrayıl və Xocalıya növbəti köç karvanları yola salınıb

Ölkə ərazisinə yağış yağır - Bəzi yerlərdə leysan xarakterlidir

Xərçəngə qarşı 5 şəxsə dərman tətbiq olundu

Ordumuzda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirildi

Kardiologiya İnstitutunda - Yeni təyinat

İctimai nəqliyyatda tələbələrə hansı güzəştlər edilə bilər?

Xətai rayonunda “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Bölgələrdə samovar çayının qiyməti 50 manata yüksəldi

Kadir İnanır reanimasiyaya yerləşdirildi

5 gün ardıcıl qeyri-iş günü olacaq

Bu gündən güclü geomaqnit qasırğası başlayır

İsmayıllı-Lahıc yolunda uçqun oldu - Hərəkət dayandı

Donald Tramp İranın təslim olacağına əmindir

"Qarabağ" "İmişli"ni, "Şamaxı" "Turan Tovuz"u qəbul edir

Bayram namazının vaxtı açıqlandı

Bütün xəbərlər