Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi


Birləşmiş Krallıqda ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb.

DogruXeber.tv: Azərbaycan Atçılıq Federasiyasından bildirilib ki, Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmiz Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə ilk dəfə 150 nəfərlik böyük nümayəndə heyəti tərəfindən təmsil olunur.
Bu ilin ən möhtəşəm çıxışlarından “Azerbaijan – Land of Fire” şou-kompozisiyasında çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, zərif Azərbaycan rəqsləri, ecazkar milli musiqimiz və orkestrin çıxışları ilə nümayiş etdirilib.
Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı və süvarilər dəstəsi 23 Qarabağ atı ilə ölkəmizi növbəti dəfə yüksək səviyyədə təmsil edərək tamaşaçıların böyük rəğbətini qazanıb.
Şou-kompozisiyanın rəhbəri Əməkdar artist Gövhər Həsənzadə, quruluşçu rejissoru və xoreoqrafı Dövlət Sərhəd Xidmətinin əməkdaşı Əməkdar artist Fərid İbrahimov, süvarilər dəstəsinin məşqçisi baş təlimatçı İmran Əhmədli, Nümunəvi Hərbi Orkestrin baş dirijoru Əməkdar artist Səməd Vəkilovdur.
Peşəkar Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz yaradıcılığının şah əsərlərindən sayılan, klassik Azərbaycan musiqisinin incisi olan “Arşın mal alan” operettasının ecazkar musiqisi əsasında hazırlanmış rəngarəng və duyğusal kompozisiya tamaşaçılara təqdim olunub. Bu kompozisiya milli musiqimizin zənginliyini və incəliyini bir daha parlaq şəkildə nümayiş etdirib.
Tədbirdə iştirak edən İngiltərə kralı III Çarlz Azərbaycan nümayəndə heyətini hörmət və ehtiramla qarşılayıb, “Azerbaijan – Land of Fire” şou-kompozisiyasını yüksək maraqla izləyib.
Operettada əsas qəhrəman obrazları böyük ustalıq və yüksək peşəkarlıqla canlandırılıb. Gülçöhrə obrazını Əməkdar artist Afaq Abbasova və solist Fatimə Cəfərzadə, Əsgər obrazını Əməkdar artist Tural Ağasiyev və solist Fəxri Kazım Nicat, Vəli obrazını isə Rauf Zeynalov canlandırıblar. Onların səhnədə nümayiş etdirdikləri yüksək aktyorluq məharəti, obrazlara bəxş etdikləri xüsusi ruh və emosional çıxışları tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.
Nümayəndə heyətimizin çıxışları mayın 17-dək davam edəcək və “Land of Fire” polo komandasının çıxışı bu gün baş tutacaq.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev də kralla birgə şounu izləyib.

Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi
Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi
Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi
Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi

Son xəbərlər

Kəlbəcər yolunda qəza - Xəsarət alanlar var

Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi

İranda mühərrik yağı istehsal edən zavodda yanğın olub

Adı "Fənərbağça" ilə hallanan futbolçu "Roma"nın hədəfində

Sumqayıtda evdə kişi meyiti aşkarlanıb

“Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı

Ürək üçün ən zərərli məhsullar açıqlandı

10 ildir oynadığı klubdan ayrılır

Yer kürəsində maqnit fırtınası qeydə alınıb

Bazar günü intensiv yağış yağacaq

Nərimanovun sabiq icra başçısı vəfat etdi

WUF13-də iştirak üçün 40 mindən şəxs qeydiyyatdan keçib

Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

Dünya bazarlarında neft bahalaşıb

Qadınların ölkədən çıxış məhdudiyyətini ləğv etdilər

Cəbrayıl və Xocalıya növbəti köç karvanları yola salınıb

Ölkə ərazisinə yağış yağır - Bəzi yerlərdə leysan xarakterlidir

Xərçəngə qarşı 5 şəxsə dərman tətbiq olundu

Ordumuzda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirildi

Kardiologiya İnstitutunda - Yeni təyinat

İctimai nəqliyyatda tələbələrə hansı güzəştlər edilə bilər?

Xətai rayonunda “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Bölgələrdə samovar çayının qiyməti 50 manata yüksəldi

Kadir İnanır reanimasiyaya yerləşdirildi

5 gün ardıcıl qeyri-iş günü olacaq

Bu gündən güclü geomaqnit qasırğası başlayır

İsmayıllı-Lahıc yolunda uçqun oldu - Hərəkət dayandı

Donald Tramp İranın təslim olacağına əmindir

"Qarabağ" "İmişli"ni, "Şamaxı" "Turan Tovuz"u qəbul edir

Bayram namazının vaxtı açıqlandı

Bütün xəbərlər