gundem
20.03.2019, 15:03
Elçin Quliyev Novruz bayramını iranlı həmkarı ilə qeyd edəcək

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Novruz bayramını İrandan olan həmkarı ilə birlikdə qeyd edəcək.
DSX-dan verilən məlumata görə, martın 20-dən 21-nə keçən gecə Elçin Quliyevin və İranın Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətləri “Novruz” bayramını Biləsuvar istiqamətində bilavasitə dövlət sərhədində birgə qeyd edəcəklər.


