Xətai rayonunda “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib.


DogruXeber.tv: Xətai rayonu 261 nömrəli məktəb-liseydə təşkil olunan görüşdə millət vəkilləri Zahid Oruc və Vüqar Rəhimzadə, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Xətai rayon İcra Hakimiyyətinin sektor müdiri Pənah İmanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov, məktəb direktorları, pedaqoji heyət, şəhid ailələri və valideynlər iştirak ediblər.
Qonaqlar əvvəlcə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi və yaradıcılıq nümunələri ilə tanış olub, həmçinin STEAM dərsləri çərçivəsində hazırlanmış innovativ layihələrə baxış keçiriblər.
Çıxışlarda məktəb, ailə və ictimaiyyət arasında əməkdaşlığın gücləndirilməsinin təhsilin inkişafında mühüm rol oynadığı vurğulanıb. Natiqlər açıq dialoq platformalarının məktəblərin real ehtiyaclarının müəyyənləşdirilməsinə, müəllim nüfuzunun qorunmasına, məktəb-icma əlaqələrinin genişlənməsinə və təhsil mühitində sağlam ictimai münasibətlərin formalaşmasına töhfə verdiyini bildiriblər. Eyni zamanda, medianın təhsil sahəsində tərəfdaş rolunun əhəmiyyəti və qarşılıqlı etimadın gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüş çərçivəsində şagirdlərin ifasında müxtəlif bədii kompozisiyalar da təqdim olunub.
Qeyd edək ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyəti üzrə ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın artırılmasıdır.

Xətai rayonunda “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib.
Xətai rayonunda “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Son xəbərlər

Kəlbəcər yolunda qəza - Xəsarət alanlar var

Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi

İranda mühərrik yağı istehsal edən zavodda yanğın olub

Adı "Fənərbağça" ilə hallanan futbolçu "Roma"nın hədəfində

Sumqayıtda evdə kişi meyiti aşkarlanıb

“Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı

Ürək üçün ən zərərli məhsullar açıqlandı

10 ildir oynadığı klubdan ayrılır

Yer kürəsində maqnit fırtınası qeydə alınıb

Bazar günü intensiv yağış yağacaq

Nərimanovun sabiq icra başçısı vəfat etdi

WUF13-də iştirak üçün 40 mindən şəxs qeydiyyatdan keçib

Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

Dünya bazarlarında neft bahalaşıb

Qadınların ölkədən çıxış məhdudiyyətini ləğv etdilər

Cəbrayıl və Xocalıya növbəti köç karvanları yola salınıb

Ölkə ərazisinə yağış yağır - Bəzi yerlərdə leysan xarakterlidir

Xərçəngə qarşı 5 şəxsə dərman tətbiq olundu

Ordumuzda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirildi

Kardiologiya İnstitutunda - Yeni təyinat

İctimai nəqliyyatda tələbələrə hansı güzəştlər edilə bilər?

Xətai rayonunda “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Bölgələrdə samovar çayının qiyməti 50 manata yüksəldi

Kadir İnanır reanimasiyaya yerləşdirildi

5 gün ardıcıl qeyri-iş günü olacaq

Bu gündən güclü geomaqnit qasırğası başlayır

İsmayıllı-Lahıc yolunda uçqun oldu - Hərəkət dayandı

Donald Tramp İranın təslim olacağına əmindir

"Qarabağ" "İmişli"ni, "Şamaxı" "Turan Tovuz"u qəbul edir

Bayram namazının vaxtı açıqlandı

Bütün xəbərlər