Xətai rayonunda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib - FOTO

27 Sentyabr – Anım Günü ilə əlaqədar Xətai rayonunda silsilə tədbirlər keçirilib.

"DogruXeber.az" xəbər verir ki, tədbirlərdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə, Qüdrət Həsənquliyev, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.

Tədbirlər çərçivəsində Gənclik parkının ərazisində ağacəkmə aksiyası təşkil olunub. Aksiya şəhidlərin əziz xatirəsinə ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlaşdırma işləri aparılıb. Bu cür tədbirlər gənc nəsildə vətənpərvərlik ruhunun aşılanması, şəhidlərimizin xatirəsinin unudulmaması və ekoloji tarazlığın qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil olunub. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək 2020-ci ilin 27 sentyabr tarixində Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızın geri alınması məqsədilə zəfər yürüşünə başlaması ilə tariximizin şanlı səhifələrinin yazıldığını, bu günün Anım Günü kimi qeyd edilməsinin şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi olduğunu diqqətə çatdırıb. Rafiq Quluyev şəhidlərin ailə üzvlərinə və yaxınlarına Allahdan səbir diləyib və bildirib ki, şəhidlərin qanı yerdə qalmayıb. Azərbaycanın qəhrəman ordusu onların qisasına layiqincə alıb. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinin şahidi olduğunu, vətənimizin ərazi bütövlüyünü bərpa olunduğunu, üçrəngli bayrağımızın işğaldan azad edilən torpaqlarımızda dalğalandığını, bütün bunlara görə qalib Ali Baş Komandana, şəhidlərimizə və qazilərmizə minnətdar olduğumuzu vurğulayıb. RİH başçısı bu gün işğaldan azad olunmuş torpaqlarda geniş vüsət almış bərpa və yenidənqurma işlərinin sürətlə aparıldığını, soydaşlarımızın öz yurdlarına döndüyünü və Qarabağda həyatın yenidən canlandığını vurğulayıb.

Digər çıxış edənlər ordumuzun döyüş meydanında düşmənə necə diz çökdürdüyündən və igid vətən övladlarının hər an istənilən təxribatın qarşını almağa qadir olduğundan söz açıblar. İcra başçısı daha sonra şəhid ailələri və qazilərın hər biri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, həlli ilə bağlı müvafiq tapşırıqlar verib.

Son xəbərlər

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Bütün xəbərlər