Xətai rayonunda 20 yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar şəhid ailələri və əlillərlə görüş keçirildi

"dogruxeber.tv" xəbər verir ki, müstəqillik tariximizə şərəfli bir gün kimi yazılan 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Xətai rayon İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək bildirib ki, 20 Yanvardan başlayaraq Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını verən şəhidlərimizin ruhu bu gün şaddır. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı düşmən işğalından azad etdi. Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur. Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar imzaladığı Fərmana əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğinin 500 manatdan 600 manata qaldırılması bu diqqət və qayğının bir nümunəsidir. Əminik ki, Dövlətimizin uğurları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında davam edəcək və bizi yeni hədəflərə çatdıracaq.

YAP Xətai rayon təşkilatının sədri, Vüqar Rəhimzadə qeyd edib ki, artıq biz Qanlı Yanvar hadisəsini yalnız faciə kimi qiymətləndirmirik.Bu gün həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın ən şərəfli səhifələrdən biridir. Xalqımızın öz müstəqilliyi naminə verdiyi bu şəhidlər müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoydu. Onların xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır.
Tədbirdə qeyd olunub ki, rayon ərazisində yaşayan şəhid ailələri və əlillərin dövlət qaygısı ilə əhatə olunması daim diqqətdə saxlanılır, ehtiyaclarının ödənilməsi, sosial problemlərinin həlli ilə baglı konkret tədbirlər həyata keçirilir.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını bildirmişlər.

Xətai rayonunda 20 yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar şəhid ailələri və əlillərlə görüş keçirildi

Xətai rayonunda 20 yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar şəhid ailələri və əlillərlə görüş keçirildi

Xətai rayonunda 20 yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar şəhid ailələri və əlillərlə görüş keçirildi

Xətai rayonunda 20 yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar şəhid ailələri və əlillərlə görüş keçirildi

Xətai rayonunda 20 yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar şəhid ailələri və əlillərlə görüş keçirildi

Son xəbərlər

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

Bütün xəbərlər