Vətəndaşlarından şillə yeyən Makron bu dəfə Diplomatik Yumruq zərbəsi aldı - ŞƏRH

BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü və hazırda onun sədri kimi fəaliyyət göstərən Fransa dekabrın 20-21-dəki müzakirələrdən dərhal sonra tamamilə ermənipərəst bəyanat layihəsi hazırlamışdı. Orada Laçın-Xankəndi yolundakı vəziyyət “humanitar fəlakət” kimi təqdim olunurdu. Lakin təxminən 10 günlük müzakirələrdən sonra həmin bəyanat layihəsi BMT TŞ-də qəbul olunmadı. Beləliklə, obrazlı desək, Fransanın çirkin niyyəti Diplomatik Yumruqla cavablandırıldı.

Məsələ burasındadır ki, Fransa özünün böyük “bacı”lıq funskiyasını üzərinə götürdüyündən, bu dövlət tərəfdən prosesə birbaşa Fransa Prezident Administrasiyası və Emmanuel Makronun xarici siyasət üzrə müşavirləri rəhbərlik edirdi. Yəni, Azərbaycan əleyhinə bəyanatın qəbulunu rəsmi Paris bir növ prinsipial məsələyə çevirmişdi.

Lakin Fransanın diplomatik uğursuzluğu o yerə gəlib çatdı ki, söhbət artıq bu ölkənin BMT-dəki daimi nümayəndəsi və müavininin Parisə çağırılacağından gedir…

Bəs Azərbaycan Fransa kimi böyük, güclü, həm də hazırda BMT TŞ-nin sədri olan ölkə üzərində diplomatik qələbəni necə qazandı?

Bəri başdan deyək ki, Azərbaycan çoxvektorlu xarici siyasət kursu nəticəsində dünya dövlətlərinin əksəriyyəti ilə tərəfdaşdır. Bu, rəsmi Bakının diplomatik uğurdur. Sonuncu hadisə göstərir ki, bu uğur çoxlarının düşündüyündən də böyükdür: Fransaya “öz meydanı”nda qalib gələn rəsmi Bakı başqa “neytral meydan”larda nələr etməz?!

Sonuncu diplomatik savaşda Azərbaycanı xüsusilə Rusiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Albaniya dəstəklədi.

Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalandığından şimal qonşumuzun rəsmi Bakının maraqlarını düşünməsində (Ermənistana rəğmən) qəribə heç nə yoxdur.

Böyük Britaniyaya gəldikdə, bu ölkə yəqin ki, nəhəng və qeyri-qonşu dövlətlər arasında Azərbaycanla istər siyasi, istərsə də iqtisadi maraqları üst-üstə düşən dövlətlər sırasında ilk yerdə gəlir. Bu iki dövlət arasında əlaqələr tarixi və strateji xarakter daşıyir.

Azərbaycanın müsəlman ölkələri, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olan dövlətlərlə əlaqəsi yüksək səviyyədədir. Azərbaycanın İƏT-də nüfuzu kifayət qədər böyükdür. BƏƏ ilə münasibətlərimizin daha isti olması da bu dəfə rəsmi Abu-Dabinin BMT-də Bakının marağına uyğun davranmasına səbəb oldu.

Balkan yarımadasının cənub-qərbində yerləşən Albaniyaya gəlincə, təkcə bu faktı demək lazımdır ki, ölkənin Baş naziri Edi Rama 2022-ci ildə Bakıya iki dəfə səfərə gəlib. Habelə, Azərbaycan Prezidenti İlham Əliyev də bu il Albaniyada səfərdə olub. Edi Ramanın Bakıya aprel ayı zamanı səfəri zamanı söylədiyi “Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək” sözləri əlavə şərhə yer qoymur.

Beləliklə, rəsmi Parisin növbəti dəfə fiaskoya uğraması ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu diplomatiyadan xəbər verir. Axı Azərbaycan uzun illərdir regional və qlobal siyasi aktora çevrilib. Yeni reallıqların müəllifi isə dövlət başçısı İlham Əliyevdir. Azərbaycan BMT TŞ-də təmsil olunmur. Buna baxmayaq, biz həmin qurumun sədri Fransaya siyasi müstəvidə növbəti dəfə qalib gəldik. Bu, kimin haqlı, kimin qərəzli olduğunu dünyaya növbəti dəfə göstərməklə yanaşı, həm də hər fürsətdə vətəndaşlarının şillələdiyi Makrona Diplomatik Yumruq zərbəsi oldu.

Ən mühüm məqamlardan biri isə budur ki, BMT TŞ-də baş verənlər nə ilk, nə də sondur. Azərbaycanın xarici siyasət kursundakı uğurları bundan sonra da davam edəcək. Əlbəttə, qərəzli mövqe sərgiləyənlər, Ermənistandan maşa kimi istifadə etmək istəyənlər yenə olacaq. Amma onların arzuları yenə ürəklərində qalacaq. Çünki Dəmir Yumruq kimi Diplomatik Yumruq da yerindədir!

Son xəbərlər

Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?

İsrail əsgəri İran casusu çıxdı

DİM bu şəxslərə müraciət etdi

Netanyahu ABŞ-a gedir - Trampla görüşəcək?

Nazirlikdən ildırım və güclü küləklə bağlı ÇAĞIRIŞ

Gələn ildən müəllimlər illik plan və icmal hazırlamayacaq

Metro ilə bağlı ŞAD XƏBƏR - Bu tarixdən...

Tovuzda zorakılığa məruz qalan qadının əri saxlanıldı

Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu

Anomal istilər: Fransada suda boğulub ölənlərin sayı artır

Böyük Britaniya sosial şəbəkələrdə yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək

Ukrayna Rusiya helikopterini Rusiyada vurdu

Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir

Prezidentin həmin xəbərdarlığı - Önəmli DETAL

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq-PROQNOZ

Bu ölkənin mediasında rus dili qadağan olunacaq

AMEA Bakıdan köçürülür?

Xəzərlə bağlı həyəcan təbili: Hər il...

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir:“Eyni xəstəyə fərqli rəylər verilir”

Azərbaycanda bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

Baş Prokurorluq məlumat yaydı

DÇ: İngiltərə və Argentina final uğrunda mübarizə aparacaq

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanlı tanınmış model xərçəngdən vəfat etdi

ABŞ İranda kazarmanı vurdu: iki hərbçi öldü

Qarabağ Universiteti və İTÜ-dən ikili diplom proqramı

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır

“Cənub” Yük Terminalında yeni “cərimə” metodu: Sahibkarlar çıxılmaz vəziyyətdə

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb- VİDEO

Bütün xəbərlər