Türkiyə mediası İlham Əliyevin Qazaxıstan səfərindən YAZDI

Türkiyə mediası Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının Astanada keçirilən görüşünü geniş işıqlandırıb.

"dogruxeber.tv" xəbər verir ki, qardaş ölkənin media qurumları bu kimi görüşlərin regional əməkdaşlıq nöqteyi-nəzərindən əhəmiyyəti barədə məlumat verib. Xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına xüsusi diqqət yetirilib. Azərbaycan liderinin rəsmi Bakının Mərkəzi Asiya ölkələri ilə sıx və hərtərəfli əməkdaşlıqda maraqlı olması barədə sözlərindən sitat gətirilib.

Prezident İlham Əliyevin ölkələrin müdafiə və təhlükəsizlik sahələrində daha da yaxınlaşmasının zəruriliyi məsələsi ilə bağlı fikirlərindən iqtibas edilib.

“Azərbaycan lideri Mərkəzi Asiya ölkələrinin respublikanın Ermənistan işğalından azad edilmiş ərazilərinin bərpasına verdiyi töhfəni qardaşlıq münasibətlərinin təzahürü adlandırıb”, - deyə “Beyaz Gazete” nəşri yazıb və Prezident İlham Əliyevin Füzuli və Ağdam rayonlarında müxtəlif layihələrin həyata keçirilməsi ilə əlaqədar Qazaxıstan, Özbəkistan və Qırğızıstan rəhbərliyinə minnətdarlığını bildirdiyini qeyd edib.

TRT AVAZ telekanalı Prezident İlham Əliyevin Azərbaycanın iqlim dəyişikliklərinin mənfi nəticələrinin azaldılması üzrə birgə regional təşəbbüsləri dəstəkləməyə hazır olması barədə sözlərindən sitat gətirib.

Türkiyə mediası Bakının Mərkəzi Asiya ölkələri ilə nəqliyyat sahəsində də əməkdaşlığı genişləndirməyə hazır olduğunu vurğulayıb. Azərbaycan dövlət başçısının Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt beynəlxalq ticarət limanının da daxil olduğu Orta Dəhlizin artan əhəmiyyəti barədə fikirləri oxuculara çatdırılıb.

Son xəbərlər

Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?

İsrail əsgəri İran casusu çıxdı

DİM bu şəxslərə müraciət etdi

Netanyahu ABŞ-a gedir - Trampla görüşəcək?

Nazirlikdən ildırım və güclü küləklə bağlı ÇAĞIRIŞ

Gələn ildən müəllimlər illik plan və icmal hazırlamayacaq

Metro ilə bağlı ŞAD XƏBƏR - Bu tarixdən...

Tovuzda zorakılığa məruz qalan qadının əri saxlanıldı

Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu

Anomal istilər: Fransada suda boğulub ölənlərin sayı artır

Böyük Britaniya sosial şəbəkələrdə yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək

Ukrayna Rusiya helikopterini Rusiyada vurdu

Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir

Prezidentin həmin xəbərdarlığı - Önəmli DETAL

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq-PROQNOZ

Bu ölkənin mediasında rus dili qadağan olunacaq

AMEA Bakıdan köçürülür?

Xəzərlə bağlı həyəcan təbili: Hər il...

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir:“Eyni xəstəyə fərqli rəylər verilir”

Azərbaycanda bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

Baş Prokurorluq məlumat yaydı

DÇ: İngiltərə və Argentina final uğrunda mübarizə aparacaq

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanlı tanınmış model xərçəngdən vəfat etdi

ABŞ İranda kazarmanı vurdu: iki hərbçi öldü

Qarabağ Universiteti və İTÜ-dən ikili diplom proqramı

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır

“Cənub” Yük Terminalında yeni “cərimə” metodu: Sahibkarlar çıxılmaz vəziyyətdə

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb- VİDEO

Bütün xəbərlər