“20 Yanvar şəhidi”nin ailəsi illərdir yığılıb qalan təqaüdünü ala bilmir - ŞİKAYƏT













Ölümündən 27 il sonra “20 Yanvar şəhidi” fəxri adı alan məhkəmə hakimi Şövkət Ağayevin ailəsi şəhid ailələri üçün nəzərdə tutulmuş və illərdir yığılıb qalan prezident təqaüdünü ala bilmir. Binəqədi rayonu, II Mədən küçəsində ağır şəraitdə yaşayan ailəyəhəmin təqaüdün ödənilməsi ilə bağlı məhkəmə qərarı mövcud olsa da hələ də icra olunmur.

Bu şikayətlə yerli KİV-ə Ağayevin həyat yoldaşı Həqiqət Babayeva müraciət edib.

Şikayətçinin sözlərinə görə, Suraxanı Rayon Məhkəməsinin hakimi olan həyat yoldaşı Şövkət Həsənoviç Ağayev 1990-cı il yanvarın 20-dəsovet qoşunlarının yeridilməsinə etiraz olaraq Bakıda meydana axışan insanlara qoşulub. Elə o vaxtdan da ailə başçısından xəbər almayıblar. Ailəsi bir müddət Ş. Ağayevi itkin kimi axtarsa da, tapa bilməyib. Hətta o, İnterpol vasitəsilə başqa ölkələrdə də axtarılıb. Nəhayət 1996-cı ildəhakimin sovet qoşunlarının Bakıya yeridilməsi zamanı həlak olduğu təsdiqlənib. Ailə uzun illərdən sonra nəhayət Şövkət Ağayevə “20 yanvar şəhidi” statusunun verilməsinə nail olub.

Lakin şəhidin həyat yoldaşı deyir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Yasamal rayon şöbəsi şəhid ailəsinə çatacaq ödənişi verməkdən boyun qaçırır. Ailəyə yalnız “20 Yanvar şəhidi” fəxri adı veriləndən sonrakı müddət üçün bu təqaüdün verilməsinin mümkünlüyü bildirilir.Əslində isə, Həqiqət Babayevanın həmin təqaüdü almaq hüququ Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli 350 nömrəli fərmanına əsasən 2006-cı ilin yanvarından yaranıb.

Ailəyə isə DSMF-nin Yasamal rayon Şöbəsi tərəfindən bu təqaüd 2017-ci ilin avqustundan sonra ödənilməyə başlanılıb. Nəticədə qanunvericliklə müəyyən olunmuş tələblər nəzərə alınmaqla H.Babayevaya ödənilməli olan, lakin ödənilməmiş təqaüd məbləğləri 41700 AZN təşkil edir (1 yanvar 2006 - 02 avqust 2017-ci il = 139 ay).

Şikayətçi bildirir ki, DSMF-nin Yasamal rayon Şöbəsinə qarşı şəhidin ailəsinə çatan təqaüdün verilməsinə dair mülki iddia qaldırıb. Ötən ilin mayında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilib. Qərarda bildirilir ki, "20 Yanvar şəhidi ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli, 350 nömrəli Fərmanına əsasən iddiaçıya ödənilməli olan 41700 (qırx bir min yeddi yüz) manat məbləğində təqaüdün Babayeva Həqiqət Ağabəy qızına ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinə həvalə edilsin.

Həmin qərardan DSMF-nin Yasamal rayon şöbəsi apellyasiya şikayəti versə də, yuxarı instansiya birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Şikayətçi deyir ki, DSMF-nin Yasamal rayon Şöbəsi özbaşınalıq edərək, qanuni qüvvədə olan məhkəmə qərarını icra etmir, iddiaçıya bildirilir ki, qərar hissə-hissə olmaqla bir neçə il ərzində icra ediləcək. Halbuki, məhkəmə qərarında təqaüdün hissə-hissə ödənilməsi nəzərdə tutulmayıb. Təqaüdün ödənilməsinin gecikdirilməsi şəhid ailəsinin onsuz da ağır olan maddi vəziyyətinə çox pis təsir göstərir.

Həqiqət Babayevanın vəkili Muxtar Mustafayevin sözlərinə görə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən, inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Vəkil deyir ki, əslində DSMF-nin Yasamal rayon Şöbəsinin şəhid ailəsindən Apellyasiya şikayəti etməsi qanunsuz olmaqla yanaşı həm də şəhidin ruhuna hörmətsizlikdir.

“Hansı əsasla dövlətin pulunu xərcləyərək Apellyasiya şikayəti verirlər? Niyə heç kim bunu hansı haqla etdiklərini onlardan soruşmur? İnzibati Prosessual Məcəllənin 120.2-ci maddəsinə əsasən, bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Həmin Məcəllənin 120.3-cü maddəsinə əsasən, cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Həmçinin cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər”-vəkil deyir.

M. Mustafayev bildirir ki, müdafiə etdiyi şəxslə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Aygün Abdullayevaya və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə ərizə ilə müraciət olunub. Müraciətdə şəhid ailəsinin haqqını tapdalayan DSMF-nin Yasamal rayon Şöbəsinə qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı göstəriş verilməsi xahiş olunur.



“20 Yanvar şəhidi”nin ailəsi illərdir yığılıb qalan təqaüdünü ala bilmir - ŞİKAYƏT

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər