Məhkəmə DSX-nin 342 minlik tenderinin qalibi olmuş şirkət rəhbəri ilə bağlı qərar verdi

Ali Məhkəmədə 42 min manatlıq tenderinin qalibi olmuş, dələduzluqda ittiham olunan "Zövq" MMC-nin direktoru Rza Əhmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"dogruxeber.tv"ın Pravda.az-dan əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə təqsirləndirilən şəxsin özü və onun müdafiəçilərinin, zərərçəkmiş şəxslərin apellyasiya şikayətlərini təmin etməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin Rza Əhmədov barəsində olan hökmü mülki iddia hissəsində dəyişdirib. Belə ki, qərarda qeyd edilib ki, Rza Əhmədovun zərərçəkmişlərdən birinə vurulmuş 55 830 manat maddi ziyandan 14 000 manat hissəsinin ödənildiyindən, verilmiş mülki iddianın maddi ziyanın ödənilməmiş hissəsi 41 830 manat təşkil etsin və mülki iddianın qalan hissəsi dəyişdirilməsin. Məhkəmənin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərarı qismən ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib.

İttiham aktına əsasən, Rza Əhmədov Dövlət Sərhəd Xidməti (DSX) ilə 342 min manat dəyərində uçuş geyimlərinin satılmasına dair müqavilə imzalayıb. Müqavilə ilə əlaqədar məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan Rövşən Məmmədli, Rəsət Miriyev və Rəsul Süleymanova 342 min manat dəyərində görülməli işləri 50 min manat vəsaitlə görməyin mümkün olduğunu bildirərək dələduzluq etməkdə təqsirli bilinib. İşin görülməsi ilə bağlı yalan vədlər verərək həmin şəxslərdən müəyyən məbləğdə pul alıb mənimsəməkdə ittiham olunub.

Faktla bağlı sahibkara Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

Bütün xəbərlər