gundem
18.12.2019, 16:39
Evə basqın edərək bir nəfəri öldürüb iki nəfərə xəsarət yetirən şəxslə bağlı QƏRAR

li Məhkəmədə Bakıda evə basqın edərək bir nəfəri qətlə yetirib, iki nəfərə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Məmmədovun barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
DoğruXəbər.az Oxu.Az-a istinadən xəbər verir ki, Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.


