Həbs edilmiş polis zabiti hakimləri söydü - Cəzası artırıldı

Bir neçə gün əvvəl Şəki rayon Məhkəməsində Ucar rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun baş inspektoru işləmiş, rüşvət və sənədlərin saxtalaşdırılmasına görə barəsində cinayət işi açılaraq məhkum edilmiş 1985-ci il təvəllüdlü polis kapitanı Şahin Əhmədovun həbs müddəti artırılıb.

dogruxeber.tv xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə hökm elan edildikdən sonra hakimləri söyərək təhqir edən Ş.Əhmədov barəsində Cinayət Məcəlləsinin 289.2-ci (məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə açılmış işə baxılıb. Şəki rayon Məhkəməsinin hökmü ilə keçmiş polis zabitinin cəzası 4 ay artırılıb.

Qeyd edək ki, Zərdab rayon sakini olan Şahin Əhmədov baş inspektor işləyərkən bir qrup polis əməkdaşı və İran vətəndaşı ilə əlbir olaraq xidməti vəzifəsindən sui-istifadə edərək müvafiq qanunvericiliyin tələbini kobud şəkildə pozmaqla bir neçə İran vətəndaşını Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsində təqsirli bilinib. Məlum olub ki, həmin vaxt o, külli miqdarda rüşvət müqabilində Dövlət Miqrasiya Xidmətindən müvafiq arayışları olmayan, üzünü belə görmədiyi bir neçə İran vətəndaşını Ucarın müxtəlif kəndlərinə qeydiyyata almaqla onlara Azərbaycan Respublikasının saxta şəxsiyyət vəsiqəsini verib.

2019-cu ildə bu əməllər üzə çıxdıqdan sonra Ş.Əhmədovla əlbir olan dəstə üzvləri həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin Şəki Apelyasiya Məhkəməsi cəzanı daha da ağırlaşdıraraq həbs müddətini 9 il 6 aya çatdırıb. Bundan sonra məhkum hakim G.Abbasovun sədrlik etdiyi kollegiyanın ünvanına ağır ifadələr işlədib və bu görüntülər məhkəmə kamerası tərəfindən qeydə alınıb.

Oxunub: 328

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər