gundem / hadise / dunya
22.08.2023
İsrail Suriyanın Dəməşq ətrafını hədəfə alan raketlər atdı, 1 əsgər yaralandı
İsrail ordusu bazar ertəsi axşam saatlarında Suriyanın paytaxtı yaxınlığında hava hücumları təşkil edib, bir əsgər yaralanıb və maddi ziyan dəyib.
"dogruxeber.tv"ın middleeastmonitor.com-a istinadən məlumatına görə, Dövlət televiziyası adının açıqlanmasını istəməyən bir hərbi rəsmiyə istinadən bildirib ki, İsrail Suriyanın İsrail tərəfindən işğalı altında olan Colan təpələri istiqamətindən Dəməşq yaxınlığındakı bəzi hərbi mövqeləri hədəfə alaraq raketlər atıb. Daha ətraflı məlumat verməyib.
Avqustun 7-də İsrail hava qüvvələrinin Dəməşq ətrafına hücumu nəticəsində 4 əsgərin öldüyü bildirilir.
Şimal qonşusunda İranın möhkəmlənməsini dayandıracağına söz verən İsrail son illərdə Suriyanın hökumətin nəzarətində olan bölgələrindəki hədəflərə yüzlərlə zərbə endirib, lakin bunu nadir hallarda etiraf edir.
İsrail həmçinin son bir neçə il ərzində Dəməşq və Suriyanın şimalındakı Hələb şəhərinin beynəlxalq hava limanlarını bir neçə dəfə hədəfə alıb və tez-tez onu istismardan çıxarıb.
dogruxeber.tv
Kamal Əsgərov



