gundem / dunya
24.02.2022
İsrail Suriyaya raket atdı - 3 ÖLÜ
İsrail gecə yarısından sonra Dəməşqdəki hərbi obyektləri raketlərlə hədəf alıb.
"dogruxeber.tv" SANA xəbər agentliyinə istinadən xəbər verir ki, raket zərbələri nəticəsində 3 suriyalı əsgər həlak olub.
Bildirilib ki, Suriyanın hava hücumundan müdafiə sistemi İsrail raketlərinin əksəriyyətini zərərsizləşdirsə də, onlardan bəziləri hərbi obyektləri vura bilib.



