gundem
6.02.2020
Dəməşq BOMBALANDI

DogruXəbər.az xəbər verir ki, Suriya hökuməti İsrail hərbi təyyarələrinin paytaxt Dəməşq şəhərindəki bəzi nöqtələrə hücum edildiyini iddia edib. SANA agentliyinin məlumatına görə, İsrailə məxsus hərbi təyyarələr gecə saatlarında Dəməşqin 4 nöqtəsinə hücum edib.
İsrail təyyarələrinin Golan təpələri və Livanın cənubundan hücum elədiyi iddia edilən xəbərdə Kisva, Merç Sultan, Jisr Bağdad və İzra bölgələrinin hədəfə alındığı iddia edilib. Xəbərdə Əsəd rejiminin müdafiə sistemlərinin çox sayda raketi dəf elədiyi iddia edilib.
İsrail tərəfi isə məsələ ilə bağlı açıqlama verməyib./huriyyet.org


