dunya
3.06.2018, 09:42
İsrail Qəzzada 10 hədəfə zərbələr endirib

İsrail aviasiyası Qəzza zolağında bir neçə obyektə zərbələr endirib. dogruxeber.tv-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
“Hərbi təyyarələr üç sahədə HƏMAS qruplaşmasına məxsus 10-dək hədəfə zərbələr endirib.
Məlumata görə, zərbələr fələstinlilərin raket atmasına cavab olaraq endirilib.
Dağıdılmış hədəflər arasında silahların istehsalı və saxlanılması üzrə iki obyektin və bir hərbi təyinatlı tikilinin olduğu bildirilir.


