gundem / Cəmiyyət
6.02.2024, 12:45
Bu yolda sürət həddi endirildi
Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "dogruxeber.tv"a verilən məlumata görə, bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.



