gundem / Cəmiyyət
21.11.2023, 12:00
Bəzi yollarda sürət həddi endirildi
Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
"dogruxeber.tv" Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.



