gundem
21.02.2018
Sürücülərin diqqətinə! Bəzi yollarda sürət həddi endirildi

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.
Bakı Nəqliyyat Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, eyni zamanda, elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.


