hadise
27.11.2019, 16:25
Gəncədə 23 yaşlı qız dərmandan zəhərlənib
![]()
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 1996-cı il təvəllüdlü Ələkbərova Lalə Natiq qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun dərmanda zəhərləndiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.


