hadise
14.01.2019
Gəncədə 16 yaşlı qız dərmandan zəhərləndi

Gəncə şəhərində zəhərlənmə hadisəsi baş verib.
dogruxeber.tv report-a istinadən xəbər verir ki, şəhərin 16 yaşlı sakini yaşadığı evdə qəbul etdiyi dərmandan zəhərlənib.
Yaxınları tərəfindən xəstəxanaya aparılan yeniyetmə qıza həkimlər tərəfindən tibbi yardım göstərilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Qazaxda kütləvi zəhərlənmə olub.


