bolge
27.08.2018, 07:01
Gəncədə ər və arvad yol qəzasına düşdü

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
dogruxeber.tv"Report"a istinadən məlumatına görə, şəhərin Abbas Abbaszadə küçəsi ilə hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq maneə çırpılması nəticəsində sürücü xəsarət almasa da, maşında olan 1997-ci il təvəllüdlü həyat yoldaşı Aygün Verdiyeva yaralanıb.
Xəstəxanaya aparılan qadına həkimlər tərəfindən tibbi yardım göstərilib və hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


