bolge
5.07.2018
Şəki sakini heyvandarlıq dərmanından zəhərlənib

Şəki rayonunda 55 yaşlı kişi heyvandarlıqda istifadə olunan dərmandan zəhərlənib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gecə saat 04 radələrində rayonun Cəfərabad kənd sakini, 1963-cü il təvəllüdlü Saleh Vəli oğlu Əliyev zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan bildirilib ki, müayinə zamanı S. Əliyevin yanlışlıqla heyvandarlıqda istifadə olunan dərman işdiyi məlum olub. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan S. Əliyevə lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.


