bolge
11.06.2018, 10:23
Qaxda 30 yaşlı kişi zəhərlənib

Qaxda 30 yaşlı kişi sirkə turşusundan zəhərlənib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, iyunun 10-dan 11-ə keçən gecə Qax şəhər sakini, 1988-ci il təvəllüdlü Elşən Aydın oğlu Rzayev zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.
MRX-dan APA-ya bildirilib ki, Elşən Rzayev ifadəsində yaşadığı ünvanda bilərəkdən sirkə turşusu içdiyini deyib.
Həkimlərin müdaxiləsindən sonra Elşən Rzayevin vəziyyəti stabilləşib.
.


