gundem / siyaset
3.06.2026
Rusiya XİN: ABŞ İrəvanla saziş imzalayarkən Ermənistanın maraqlarını düşünmür
ABŞ İrəvanla sazişlər imzalayarkən Ermənistanın maraqlarını nəzərə almır.
DogruXeber.tv xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova İrəvan və Vaşinqton arasında əldə olunmuş yeni razılaşmaları şərh edərkən bildirib.
Onun sözlərinə görə, Vaşinqton sənədləri imzalayarkən yalnız öz hədəflərini güdür:
"Əslində, orada heç kim Ermənistanın öz maraqları kontekstində onun haqqında düşünmür. Onlar hər zaman yalnız Amerika Birləşmiş Ştatlarının maraqlarını rəhbər tuturlar"./teleqraf



