Türkiyə ilə bu tarixi sazişi qoruyacağıq - Zaxarova
![]()
Rusiya və Türkiyə əməkdaşlığı düşünülmüş, dərin xarakter daşıyır, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskva müqaviləsinin 100 illiyini şərh edərkən deyib.
O, Rusiyanın Türkiyə ilə bütün istiqamətlərdə konstruktiv qarşılıqlı fəaliyyəti artırmağa, iqtisadi və investisiya əməkdaşlığını genişləndirməyə, energetika, sənaye, infrastruktur, insan əlaqələri sahəsində perspektivli layihələri reallaşdırmağa hazır olduğunu bildirib.
M.Zaxarovanın sözlərinə görə, keçən yüz ildə öz siyasi və tarixi aktuallığını itirməyən Moskva müqaviləsinin ruhuna və prinsiplərinə əməl etmək Rusiya və Türkiyə arasında münasibətlərin gələcək inkişafı üçün girov rolunu oynayır.


